Sosial şəbəkədə biz:

Qarabağda döyüşən hərbi hissələr,batalyonlar və hərbi dəstələr

Azinforum.az gənc araşdırmaçı-yazar Elbrus Vahidovun Milli-Xeber.az-a göndərdiyi yazısını oxuculara təqdim edir. Bu siyahı 1992-ci ilin İyun ayını əhatə edir. Ərazi özünü müdafiə batalyonları 1992-ci ilin Aprel ayından briqadalara tabe edilmişdilər və döyüş məsələlərində briqada komandirlərinə tabe idilər. 1992-ci ilin İyul ayında nizami ordu quruculuğu prosesinə uyğun olaraq Müdafiə Naziri Rəhim Qazıyev könüllü özünümüdafiə dəstələrinin nizami ordu hərbi hissələrinə daxil edilmələri haqqında əmr verdi. 1992-ci ilin Avqust ayından başlayaraq könüllü özünümüdafiə Hərbi hissələri, batalyon və dəstələri briqadaların tərkibinə ştat batalyonlar kimi daxil edildilər. Adı gedən briqadaları cavabdeh olduqları müdafiə zonalarına uyğun olaraq qeyd etmişəm. Onu da qeyd edək ki, belə bir addım ilk dəfədir ki, biz tərəfindən atlır, yəni bu işin ideya müəllifləri bizik. Bu işdə əməyi keçən qazilərimizə, başda Nazim Bayramov olmaqla, Nurəddin Xoca, Tofiq Cəfərov, Camal Əhmədov, Vaqif Əlisoy, Arif Paşayev, Balay Nəsibov, Tərlan Eyvazov, Mehdi Cavadov, Qismət İsmətullayev və sabiq müdafiə naziri Rəhim Qazıyevə öz minnətdarlığımızı bildiririk. BRİQADALAR 701 saylı briqada - komandir Zaur Rzayev (Kəlbəcər-Laçın) 702 saylı briqada - komandir İsa Qasımov (Füzuli-Cəbrayıl-Beyləqan-Xocavənd) 703 saylı briqada - komandir Nəcməddin Sadıqov (Goranboy-Tərtər-Ağdərə) 704 saylı briqada - komandir Elbrus Orucov (Şuşa) 706 saylı briqada - komandir Nüsrət Namazov (Qubadlı) 707 saylı briqada - komandir İsa Sadıqov (Qazax-Tovuz-Gədəbəy-Şəmkir) 708 saylı briqada - komandir Elxan Orucov (Ağdam) 123 saylı zərbə-həmlə alayı - komandir Rəsul Süleymanov 811 saylı Laçın alayı - komandir Arif Paşayev OMON – komandir Rövşən Cavadov BATALYON VƏ HƏRBİ DƏSTƏLƏR 844 saylı Kəlbəcər Xalq Cəbhəsi Batalyonu – komandir İlham Həsənov 710 saylı batalyon - komandir Nəriman Zeynalov 711 saylı batalyon - komandir Qorxmaz Qarayev 712 saylı batalyon - komandir Balay Nəsibov 713 saylı batalyon - komandir Süleyman Əhmədov 714 saylı batalyon - komandir Çingiz Əliyev 772 saylı batalyon - komandir İlqar Qəhramanov Qeyd: Bu batalyonlar 1992-ci ilin Avqust ayında 701 saylı briqadaya daxil edildi. Bu batalyonlardan əlavə Azərbaycan Milli Ordusunun həmin ərəfədə komandir Viktor Mudrakın rəhbərliyi ilə 1 desant batalyonu da var idi. 723 saylı batalyon – komandir Vahid Osmanov 805 saylı Cəbrayıl ərazi müdafiə batalyonu - komandir Kamil Vəliyev "Ziyalı" batalyonu - komandir Mahir Həsənov 831 saylı Xocavənd özünü müdafiə batalyonu – komandir Əbdürrəhman Əsgərov 849 saylı Beyləqan özünü müdafiə batalyonu - komandir Elçin Hüseynov 814 saylı Füzuli özünü müdafiə batalyonu – komandir Mobil Yusifov 720 saylı batalyon – komandir Akif Məmmədov 839 saylı Tuğ özünü müdafiə batalyonu – komandir Rasim İbrahimov 848 saylı Axullu özünü müdafiə batalyonunu – komandir Zahir Həsənov 771 saylı batalyon – komandir Əzizağa Qənizadə 776 saylı batalyon – komandir Eldar Ağayev 702 saylı briqadanın artileriya dviziyası – komandir Nizami Mirzəməmmədov 721 saylı batalyon – komandir Aybar Vəliyev Ağcabədi özünü müdafiə batalyonu - komandir Tofiq Cəfərov 23 saylı Quba-Qusar özünü müdafiə batalyonu - komandir Əli Eyvazov Küdrü Qartalları (İmişli) batalyonu-Tariel Şirinli Qeyd: Bu batalyonlar 1992-ci ilin Avqust ayında 702 saylı briqadaya daxil edildi. "Ziyalı" batalyonu isə DİN nəzdində yaradıldı. 1-ci Goranboy batalyonu - komandir Azərbaycanın Milli Qəhramanı Məhəmməd Həsənov 2-ci Goranboy batalyonu - komandir Azərbaycanın Milli Qəhramanı Rasim Əkbərov Gəncə özünü müdafiə batalyonu - komandir Mehman Ələkbərov Xanlar batalyonu- komandir Saleh İlyasov. 778 saylı xüsusi təyyinatlı batalyon – komandir Viktor Mudrak 235 saylı batalyon – komandir Rəsul Süleymanov 224 saylı batalyon – komandir Camal Əliyev 733 saylı Bərdə özünü müdafiə batalyonu – komandir Elçin Əliyev Azadlıq Bərdə özünü müdafiə batalyonu – komandir Ələmşah Məmmədov Milli Qurtuluş batalyonu – komandir Azərbaycanın Milli Qəhramanı Şahin Tağıyev Mingəçevir-1(MB-1) batalyonu – komandir Alı Yahyayev Mingəçevir-2(MB-2) batalyonu – komandir Şaiq Mustafayev Tərtər özünü müdafiə batalyonu – komandir Elman Hüseynov Goranboy özünü müdafiə batalyonu – komandir Tacir Adıgözəlov Boz Qurd rezerv-həmlə batalyonu – komandir Nurəddin İsmayılov 20 Yanvar batalyonu - komandir Rüstəm Rüstəmov Qeyd: bu batalyonlar 1992-ci ilin Avqust ayında 703 saylı briqadaya daxil edildi. 776 və 778 saylı batalyonlar isə hərbi hissə kimi formalaşdırıldı. "Boz Qurd" batalyonu Daxili İşlər Naziri İsgəndər Həmidovun şəxsi sərəncamında idi və heç bir briqadaya tabe deyildi. 777 saylı batalyon - komandir Elçin Məmmədov Şuşa ərazi müdafiə batalyonu - komandir Fəxrəddin Səfərov Azərbaycan Qarabağ Könüllü Batalyonu - komandir Tofiq Oğuz Yevlax özünü müdafiə batalyonu – komandir Cəlal Verdiyev Şuşa Rayon Xalq Cəbhəsi Batalyonu – komandir Ramiz Qənbərov 820 saylı Lənkəran batalyonu - komandir Mikayıl Hacıyev Kərkicahan özünümüdafiə batalyonu - komandir İslam Quliyev 864 saylı batalyon - komandir Nail Kazımov Qeyd: Bu batalyonlar 1992-ci ilin Aprel ayında 704 saylı briqadaya daxil edildi. 810 saylı Qubadlı özünümüdafiə batalyonu - komandir Oktybar 1991-ci ildən 1992-ci ilin May ayına qədər Dağbəyi Məhyəddinov idi. 1992-ci ilin May ayından etibarən batalyon komandiri şəhid Milli Qəhraman Əliyar Əliyev oldu. 851 saylı batalyon - komandir Adil Həşimov 843 saylı batalyon - komandir Dağbəyi Məhyəddinov 846 saylı batalyon - komandir Aydın Şükürov Qeyd: bu batalyonlar 1992-ci ilin Avqust ayında 706 saylı briqadya daxil edildi. Tovuz batalyonu - komandir Etibar Əmiraslanov Şəmkir batalyonu - komandir Cahangir Rüstəmov Qeyd: Bu batalyonlar 1992-ci ilin Avqust ayında 707 saylı briqadaya daxil edildi. 836 saylı Ağdam özünü müdafiə alayı- komandir ölümündən sonra Azərbaycanın Milli Qəhramanı polkovnik-leytenant Şirin Mirzəyev 868 saylı Qatır Məmməd adına Ağdam özünü müafiə batalyonu- komandir Yaqub Rzayev 845 saylı Eldar Bağırov adına Ağdam özünü müdafiə batalyonu- komandir ölümündən sonra Azərbaycanın Milli Qəhramanı Allahverdi Bağırov 859 saylı Ağdam mühəndis-istehkam batalyonu- komandir ölümündən sonra Azərbaycanın Milli Qəhramanı Asif Məhərrəmov 18112 saylı batalyon - komandir Xudu Xuduyev 44060 saylı hərbi hissə - komandir Camal Əhmədov Qeyd: Bu batalyonlar 1992-ci ilin Avqust ayında 708 saylı briqadaya daxil edildi. 123 saylı zərbə-həmlə alayı və Gəncə batalyonu 1 Aprel 1993-cü ildə yaradılan 709 saylı briqadaya daxil edildi. 1992-ci ildə komandir Mətləb Mustafayev Milli Qəhraman Allahverdi Bağırov adına Artilleriya divizionu yaratmışdı və onun müavini Tofiq Uğurluyev idi. Sonralar Mətləb Mustafayev "Fədailər" dəstəsinin komandiri olduğuna görə Artilleriya Divizionunun komandiri Milli Qəhramanımız Elbrus Allahverdiyev oldu. Bu batalyonlardan başqa aşağıda adı keçən Ağdamın polis dəsətələri də (DİN) Qarabağ savaşında iştirak edirdi. Ağdam polis batalyonu - komandir Faiq Baxşəliyev Daxili qoşunlar alayı - komandir polkovnik Sabir Şabanov Polis polku - komandir Fətulla Hüseynov (Qara polkovnik) Onu da qeyd edək ki, 1989-cu ilin sonları və 1990-cı ilin əvvəllərində Ermənistanla sərhədyanı ərazilərdə etnik toqquşmalar, ermənilərin vaxtaşırı sərhəd rayonlarımıza hücumları Bakı Dövlət Universitetinin tələbələrini tələbə rotaları yaratmağa vadar etdi. BDU tələbələri könüllü rotalar yaradaraq Qubadlı və Laçın rayonlarına ezam olundular. BDU tələbə rotası (Laçın) - komandir Əli Kərimli BDU tələbə rotası (Qubadlı) - komandir Qənimət Zahid


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol