Sosial şəbəkədə biz:

"Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var" - DİN

11 June 2022, 11:44
Gündəm

"Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var".

Bunu Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bununla bağlı artıq bir neçə şəxs müraciət edib: "Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik.
Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 € tələb olunur".