Sosial şəbəkədə biz:

Təhsil Nazirliyi 36 mln manatlıq tender keçirib

11 June 2022, 11:47
Gündəm

Azərbaycan Təhsil Nazirliyi 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Şərq-Qərb" ASC-dir.

Qalib şirkətə 36 milyon 108,1 min manat ödəniləcək.