Sosial şəbəkədə biz:

Daha bir universitetdən tələbələrə qəribə qadağa - FOTO

12 June 2022, 10:26
Gündəm

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetinə kənardan yemək gətirmək qadağan olunub.
Bununla bağlı “Azərbaycan Universitetləri” səhifəsində foto paylaşılıb.
Həmin elan sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Bəzi tələbələr isə digər universitetlərdə də belə bir qadağanın olduğunu qeyd ediblər.

Xatırladaq ki, bir neçə gün əvvəl buna oxşar hadisə Azərbaycan Tibb Universitetində yaşanmışdı. Belə ki, təhsil müəssisəsinin kitabxanasının girişində buraya tələbələrə şort və maykada girişin qadağan olunması ilə bağlı elan vurulmuşdu.