Sosial şəbəkədə biz:

Ərdoğan Türkiyədə prezident seçkilərinin tarixini AÇIQLADI

13 June 2022, 09:00
Gündəm

Türkiyədə erkən prezident və parlament seçkiləri olmayacaq. 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib.

“Seçkilərin tarixi bəllidir. Noyabr ayında seçki olmayacaq, gələn ilin iyun ayında keçiriləcək”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Cümhur İttifaqının namizədi kimi irəli sürüb.