Sosial şəbəkədə biz:

Azərbaycan Müdafiə Nazirliyi bəzi KİV-lərə müraciət edib

05 April 2016, 11:42
Gündəm
"KİV nümyəndələrini rəsmi olmayan məlumatlardan istifadə etməməyə çağırırıq." Bunu SalamNews-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bəzi KİV-lərdə cəbhədəki vəziyyətlə bağlı yer alan qeyri-dəqiq məlumatlara münasibət bildirilərkən söylənilib. Qeyd edək ki, son günlər cəbhədəki vəziyyətlə bağlı qeyri-rəsmi məlumatlar yayılır. Belə ki, sosial şəbəklərdə əldə edilmiş məlumatlar, fotolar Müdafiə Nazirliyinin rəyi öyrənilmədən KİV-lərdə işıqlandırılır.