Sosial şəbəkədə biz:

“Müsavatın nümayəndəsi dedi ki, özünüzə əyin-baş, kostyum-qalstuk alın, bu yaxınlarda hakimiyyətə gəlirik”

16 June 2022, 09:16
Gündəm

Müsavatçı Yadigar Sadıqlı Müsavat Partiyasının başqanı Arif Hacılının müsahibədə səsləndirdiyi “Sizi əmin edirəm ki, Müsavat Partiyası çox yaxın zamanlarda Azərbaycanda hakimiyyətə gələcək” fikrinə maraqlı rəy verib.

Pravda.az-ın xəbərinə görə, Y.Sadıqlı xatırladıb ki, 2009-cu ildə Lənkəranda Müsavat Partiyasının zona müşavirəsi keçirilib.

“Bakıdan gələn rəhbərlik nümayəndəsi dedi ki, özünüzə əyin-baş, kostyum-qalstuk alın, bu yaxınlarda hakimiyyətə gəlirik...” – o bildirib.