Sosial şəbəkədə biz:

Ermənilər Azərbaycanın Mədəniyyət Mərkəzinə hücum ediblər, xəsarət alan var

17 June 2022, 08:52
Gündəm

Ermənilər Fransanın paytaxtı Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum ediblər.

Ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Təxribatçılar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Onlar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV" kanalına etirazlarını bildiriblər.

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.

Report