Sosial şəbəkədə biz:

Bərdədə qonşusunu öldürdükdən sonra özünü güllələdi

19 June 2022, 11:50
Gündəm

Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra intihar edib.

Hadisə rayonun Şatırlı kəndində baş verib.

Kənd sakini 1963-cü il təvəllüdlü Hüseynov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseynov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra Namiq Hüseynov özünə tüfənglə atəş açaraq intihar edib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

APA