Sosial şəbəkədə biz:

Bakıda tanınmış şirkətin işçisi qəza törətdi: özü, arvadı və oğlu yaralandı

06 April 2016, 10:25
Gündəm
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib. "Report" bildirir ki, H.Əliyev prospekti 109-un qarşısında Bakı şəhər sakini, 52 yaşlı İbrahim Qədimov sürdüyü "Chevrolet" markalı avtomobilin idarəetməsini itirərək maşını işıq dirəyinə vurub. Hadisə nəticəsində İ.Qədimov özü, arvadı - 47 yaşlı Aidə Zeynalova və oğlu - 12 yaşlı İsmayıl müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qeyd edək ki, qəzaya uğrayan "Chevrolet" markalı avtomobil "Performance Center" şirkətinə məxsusdur. Xatırladaq ki, "Performance Center" şirkəti 1997-ci ildə ABŞ istehsalı olan Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi dileri kimi fəaliyyətə başlayıb. 2004-cü ilin sentyabr ayından etibarən “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diler müqaviləsinə əsasən Rusiya istehsalı olan Chevrolet Niva avtomobillərini təqdim edir. 2006-ci ilin fevral ayından etibarən isə “Performance Center” Şirkəti Koreya istehsalı olan Chevrolet avtomobillərin sifarişinə və satışına başlayıb.