Sosial şəbəkədə biz:

Video ilə şantaj olunan Xalq artistindən açıqlama: “Bilsəydim...”

01 July 2022, 16:13
Gündəm

Xəbər verdiyimiz kimi, Xalq artisti Kazım Abdullayev şantaj olunur.

Kazım Abdullayev deyib ki, son vaxtlar onu erotik videolarla şantaj edirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aktyor təhdid mesajlarının kimdən gəldiyini bilmədiyini deyib:

“Vallah, bilmirəm bu mesajları kimlər göndərir. Bilsəydim, hüquq-mühafizə orqanlarından yardım istəməzdim. 

Hələ ki, araşdırma aparılır, ona görə indidən heç nə demək istəmirəm. Təxminən 1 həftədən çoxdur bu cür təhdid mesajları alıram. Polisə müraciət etmişəm”.

Qeyd edək ki, təhdid mesajlarını göndərən şəxs sənətçidən pul tələb edib və pulu ödəməyəcəyi təqdirdə onun erotik videolarını paylaşacağını bildirib.