Sosial şəbəkədə biz:

Temperatur 40 dərəcəyə çatacaq - PROQNOZ

03 July 2022, 11:47
Gündəm

İyulun birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37° dərəcəyə çatacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyulun birinci ongünlüyün son günlərində temperatur Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27 ° isti olacaq.