Sosial şəbəkədə biz:

İrəvan Türkiyə ilə sərhədi azərbaycanlılar üçün açır?

12 July 2022, 12:00
Gündəm

Türkiyə ilə Ermənistan arasında 3-cü ölkə vətəndaşları və yüklər üçün sərhədlərin açılması razılığı bəzi iddialara yol açıb.

Axar.az bildirir ki, erməni ekspertlər "3-cü ölkə" deyərkən, Azərbaycanın nəzərdə tutulduğunu bildiriblər.

Türkiyə lideri Ərdoğan və Ermənistan Baş naziri Paşinyan arasında dünənki telefon danışığından sonra aktuallaşan bu iddiaları Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "fərziyyə janrı" adlandırmaqla kifayətlənib.