Sosial şəbəkədə biz:

İlqar Musayev DTX rəisinin müavini vəzifəsindən azad edildi

15 July 2022, 16:24
Gündəm

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavinini vəzifəsindən azad edib.

Sərəncama əsasən, İlqar Əli oğlu Musayev Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilib.
Digər sərəncamla İlqar Musayev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.