Sosial şəbəkədə biz:

Məleykə Abbaszadədən maraqlı açıqlama: “Ali təhsil sistemi dəyişməlidir”

15 July 2022, 16:30
Gündəm

“Hazırkı məqamda ali təhsil sistemində məzmun məsələləri həm əmək bazarının tələbləri, həm də elmin inkişafı nəzərə alınaraq kifayət qədər dəyişməlidir”.

Bunu “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, artıq ölkənin təhsil sistemində bu siyasət yerinə yetirilir:

“Bildiyiniz kimi, bizim bir çox universitetlər ikili diplom proqramına qoşulub, dünyanın ən müasir universitetləri ilə birgə ali təhsilin məzmununu dəyişir və müasirləşdirirlər”.