Sosial şəbəkədə biz:

“Oğlumu itirdiyim gündə qardaşımı da itirdim“

16 July 2022, 09:11
Gündəm

"Artıq 2 ildir ki, Poladsız yaşayıram. Bu, mənim üçün çox çətindir. Bu hissi sözlərlə ifadə edə bilmirəm". 

Bu sözləri general-mayor Polad Həşimovun anası Səmayə Həşimova 2-ci Fəxri Xiyabanda keçirilən anım tədbirində çıxışı zamanı dilə gətirib.  

Səmayə ana həmçinin Polad Həşimovun şəhadətə ucalmasından 2 ilin ötdüyü tarixdə - dünən doğma qardaşının vəfat etdiyini bildirib:  

"Poladımı itirdiyim gündə - dünən öz doğma qardaşımı da itirdim. O, mənə çox arxa-dayaq qardaş idi. Bir ana, bir bacı kimi bu itkiləri dilə gətirmək mənim üçün çox ağırdır", - deyə qeyd edən S.Həşimova sonda tədbirə gələn hər kəsə təşəkkürünü bildirib.