Sosial şəbəkədə biz:

Nazirin əmisi oğlunu güllələyib öldürdülər - FOTO

19 July 2022, 09:32
Gündəm

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez güllələnib.

Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, 59 yaşlı S.Dönmez silahlı hücum nəticəsində həyatını itirib. Ona hücum edən Faruk Ulusoy adlı şəxs isə polisə təslim olub.
Axşam saatlarında Atatürk Bulvarında baş verən olayın bəzi detalları da açıqlanıb

Məlumata görə, F.Ulusoyla S. Dönmez arasında naməlum səbəbdən mübahisə yaşanıb. F. Ulusoy tapança ilə Dönmezə 5 dəfə atəş açıb. Dönmez xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Nazirin əmisi oğlunu güllələyib öldürdülər - FOTO