Sosial şəbəkədə biz:

Putin Şavkat Mirziyoyevi “Aleksandr Nevski” ordeni ilə təltif edib

23 July 2022, 13:33
Gündəm

Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevi “Aleksandr Nevski” ordeni ilə təltif edib.

APA TASS-a istinadən xəbər verir ki, bununla bağlı Putin müvafiq fərman imzalayıb.

Şavkat Mirziyoyev Rusiya ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə “Aleksandr Nevski” ordeni ilə təltif olunub.