Sosial şəbəkədə biz:

FİFA prezidenti “Qarabağ”ı təbrik edib -FOTO

28 July 2022, 09:03
Gündəm

FİFA prezidenti Canni İnfantino “Qarabağ”ı təbrik edib.

Apasport.az saytının məlumatına görə, isveçrəli funksioner Çempionlar Liqasının II təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” görüşünü stadiondan izləyib.

Əlavə vaxtın oynanıldığı matç 2:2 hesabı ilə nəticələnib. Bu, “Qarabağ”ı III təsnifat mərhələsinə daşıyıb.

İnfantino görüşdən sonra Ağdam təmsilçisinin İdarə Heyətinin üzvü Fevzihan Arası qələbə və mübariz oyun münasibəti ilə təbrik edib, uğurlar arzulayıb.