Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin toyu təxirə düşüb. Müğənni Xan Qaraxanoğlu ilə nişanını qaytardığını açıqlayıb. Nigar qarşı tərəfin bu münasibətdən özünü tanıtmaq üçün istifadə etdiyini iddia edib.
Xan Qaraxanoğlu məsələyə münasibət bildirib.
O, yayılan müzakirələr zamanı məsələni tam anlamadan onun ünvanına təhqirlər səsləndirildiyini deyib.
“Bu, məni bir vətəndaş və sənətçi kimi narahat edir. Ailə üzvlərim də narahatdır. Allah şahiddir ki, bu münasibətdə heç bir təmənna olmayıb. Biz bir-birimizə təmənna üçün yanaşmamışıq. Duetimiz nişandan əvvəl baş tutub. Mənə deyirsiniz ki, Nigardan istifadə edib özünü tanıtdın. Əsla belə deyil. Amma Nigarla duet oxudum və bir çox izləyici tərəfindən tanındım. Bunun nəyi pisdir? Mən 10 ildən artıqdır səhnədəyəm.
Bütün xalqıma səslənirəm- mən günahkar deyiləm, kimisə yarı yolda qoymamışam”, - deyə X.Qaraxanoğlu bildirib.
BakuPost