Sosial şəbəkədə biz:

Ağdamda 72 ev dağıdılıb, 5 ev tamamilə yanıb - İcra başçısı

07 April 2016, 19:27
Gündəm
Aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonda dağıdılan ev və obyektlərin siyahısı hazırlanıb. Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib. İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriya atəşinə tutması nəticəsində rayonda dağıdılan ev və binaların sayı 75-dir. Hadisə nəticəsində dağıdılan binaların 72-si fərdi yaşayış evidir: - tam yandırılan evlərin sayı - 5 - tam dağıdılan evlərin sayı - 30 - atəş zərbəsindən zərər çəkən evlərin sayı - 37 İcra başçısı bildirib ki, bundan başqa, rayon ərazisində bir orta məktəb, bir kənd icra nümayəndəsi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib.