Biabırçı videosu yayılan FHN polkovniki ilə bağlı GENERALDAN AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında biabırçı görüntüləri yayılıb.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev məsələyə münasibət bildirib: "Məlum videodan xəbərimiz var. Hazırda mən məzuniyyətdəyəm. Yəqin ki, cəzalandırılacaqlar".
Qeyd edək ki, görüntülərdə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Zaur Mirzəyevin olduğu iddia olunur.