Sosial şəbəkədə biz:

Valideynlərə şad xəbərlər: Ucuz məktəbli yarmarkaları açıldı — QİYMƏTLƏR

21 August 2022, 13:40
Gündəm

Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb.

Azinforum.az xəbər verir ki, yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən əhalinin sıx olduğu yerlərdə yaradılıb.

Məqsəd yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.

Çadır tipli yarmarkaların sentyabrın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir.

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.

Yarmarkada qiymətlər belə dəyişir:

Qələm: 10 qəpikdən - 60 qəpiyə qədər.

Dəftər: 20 qəpikdən - 90 qəpiyə qədər.

Pozan: 20 qəpikdən - 70 qəpiyə qədər.

Su qabı: 7 manatdan - 15 manatadək.

Çanta: 12 manatdan - 40 manatadək.