Sosial şəbəkədə biz:

Xarici ticarətdə 10 milyard dollarlıq fərq yarandı

Xarici ticarətdə 10 milyard dollarlıq fərq yarandı
Xəbər Şəkli
10 September 2026, 12:39
İqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyul aylarında 30 milyard dolları ötüb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Bu müddətdə 121 ölkəyə məhsul ixrac edilib, 160 ölkədən isə məhsul idxal olunub. 

2026-cı ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 30 017,4 milyon ABŞ dolları təşkil edib. Dövr ərzində 10 256,0 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.

2025-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 6,9 faiz artıb. Real ifadədə isə xarici ticarət dövriyyəsi 15,1 faiz azalıb.