Sosial şəbəkədə biz:

Kəmələddin Heydərov iki məşhur generala yeni vəzifə verdi - Təyinatlar

24 August 2022, 12:56
Gündəm

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişiklikləri baş tutub.

Azinforum.az manset.aza istinadla xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə, FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Etibar İsmayılov vəzifəsindən azad edilərək, FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin rəisi təyin edilib.

Mia.az onu da xatırladır ki, Kəmaləddin heydərovun həmyerlisi olan Şahmar Paşayev uzun illər polis istemində işləyib. Onun polisdəki sonuncu iş yeri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsi olub. Hal-hazırda oğlu da Bakıda polis bölməsində rəisdir.

Mia.az