Sosial şəbəkədə biz:

Manaf Ağayev mediaya "yox" dedi

28 August 2022, 16:14
Gündəm

2 gün əvvəl Axşam.az saytında gedən xəbərə görə, müğənni Manaf Ağayev "Xəbər-ətər" verilişində bildirib ki, "Deyirik, filankəs "brend"dir. Həqiqətən də bir musiqiçi kimi bilirik ki, Xalq artistləri Aygün Kazımovayla Röya Ayxan "brend"dirlər. Onlar toxunulmazdırlar, sənətkardırlar".

Manaf Ağayev Musavat.com-a açıqlamasında bildirdi ki, 4 aydır efirə çıxmır:

"Mən efirlərə çıxmıram, açıqlama vermirəm. Həmin veriliş çoxdan çəkilib. Bir söz deyirsən, jurnalistlər onu başqa cür, yalandan yazır. Bezmişəm artıq. Heç kimə açıqlama verməyəcəm".