Ermənistanın müdafiə naziri ABŞ-a gedib
Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a gedib.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də ABŞ-a işgüzar səfərə gedib”, - məlumatda deyilir.
Suren Papikyanın ABŞ-a getməsinin məqsədi və səfərin proqramı barədə məlumat verilmir.