Sosial şəbəkədə biz:

Şəhriyar Məmmədyarov texniki qələbə qazandı

06 September 2022, 08:41
Gündəm

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki "Grand Chess Tour"un sonuncu mərhələsi olan "Sinkfild Kuboku"nda ilk qələbəsini qazanıb.

Şahmatçımız 4-cü turda norveçli Maqnus Karlsenlə qarşılaşmalı idi.

Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib. Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.

Məmmədyarov hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.