Sosial şəbəkədə biz:

"Atəşkəs Rusiyanın səyləri sayəsində əldə edildi" - Karasin

13 September 2022, 12:14
Gündəm

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlardan danışıb.

O deyib ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliyi dayandırmaq üçün səhər saat 9:00-da atəşkəs elan edilib.

Rusiya rəsmisi qeyd edib ki, buna Rusiyanın səyləri, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbətdən sonra və Rusiya Xarici İşlər Nazirliyinin fəaliyyəti nəticəsində nail olunub.

- Axşam və gecə intensiv iş gedirdi, o cümlədən Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində... Məsələ eskalasiyanı dayandırmaq və sərhəd zonasında normal atmosfer yaratmaqdır", - Karasin deyib.

AzVision.az