"Pelosi Azərbaycana qarşı qarşı cəfəng fikirlər söyləyib" - BAP
Böyük Azərbaycan Pariyasının bəyanatı
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib.
Əvvəllər də ermənipərəst mövqeyi ilə seçilən Nensi Pelosi bölgədəki vəziyyətə və son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribata obyektiv qiymət vermək əvəzinə özünü Ermənistanın dostu adlandıraraq ölkəmizə qarşı ədalətsiz ittihamlar səsləndirmiş, cəfəng fikirlər söyləmişdir.
30 il müddətində Ermənistanın Azərbaycan ərazilərinə işğal faktına göz yuman, ABŞ-dakı erməni lobbisinin təmsilçisinə çevrilən Nensi Pelosinin mövqeyi hiddət doğurmaya bilməz.
Böyük Azərbaycan Partiyası yuxarıda deyilənləri nəzərə alaraq, Nensi Pelosinin Azərbaycana qarşı səsləndirdiyi əsassız və sərsəm fikirləri qətiyyətlə pislədiyini bəyan edir, Azərbaycan cəmiyyətini və ölkəmizdə fəaliyyət göstərən siyasi təşkilatları Nensi Pelosinin Azərbaycana qarşı səsləndirdiyi əsassız, qərəzli və sərsəm fikirlərə etiraz etməyə çağırır!
18. 09. 2022-ci il. (BAP mətbuat xidməti)