Sosial şəbəkədə biz:

Rəqib qapıçı Ronaldonun burnunu əzdi - FOTOLAR

25 September 2022, 11:33
Gündəm

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo UEFA Millətlər Liqasının 5-ci turunda hazırda Çexiya ilə keçirilən oyunda ciddi zədə alıb.
İlk hissədə hava mübarizəsi zamanı çexiyalı qapıçı Tomaş Vatslik topu uzaqlaşdırmaq istəyərkən yumuruqla Ronaldonun üzünə vurub. Nəticədə futbolçunun burnu əzilib. Həkimlər qanaxmanıı dayandırdıqdan sonra futbolçu oyunu davam etdirib.

Qeyd edək ki, hazırda 2-ci hissəsi oynanılan görüşdə Portuqaliya millisi 3:0 öndədir.