Mərkəzi Bank “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nı yenidən cərimələdi
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə növbəti dəfə cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, ASC barəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İş hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmə iclası noyabrın 1-nə təyin edilib.
Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.
Xatırlatma: Daha əvvəl “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində eyni xətai ilə bağlı bir neçə dəfə cərimə protokolu yazılmışdı.