Sosial şəbəkədə biz:

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 September 2017, 01:42
Gündəm
Bu gündən etibarən Hicri təqvimi ilə Məhərrəm ayı başlayır. “Report”un məlumatına görə, cümə günü, Miladi təqvim ilə sentyabrın 22-si Məhərrəm ayının ilk günüdür. Bu gündən başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq. Bu ayın 10-cu günü – Aşura oktyabrın 1-nə təsadüf edəcək. Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq. İmam Hüseynin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, Miladi təqvim ilə noyabrın 9-na düşür. Səfər ayının 28-də (17 noyabr) isə Məhəmmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq. Səfər ayı Miladi təqvim ilə noyabrın 19-da başa çatacaq. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.