Sosial şəbəkədə biz:

“Ermənistanın iqtisadiyyatını udmasaydıq, qəti şəkildə bu savaşı qazana bilməzdik”

11 November 2022, 08:54
Gündəm

“Biz böyük Ermənistana qalib gəlmişik. Onların "dənizdən-dənizə" planını məhv eləmişik”.

Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Real TV-də efirində "Real intervyu" verilişində qonaq olarkən deyib.

O, qeyd edib ki, ABŞ-dan İrana qədər müxtəlif qüvvələr Ermənistanın cəbhəsində yer aldığından, Azərbaycanın qələbəsinin nə qədər böyük olduğu sübut olundu:

"Görürsünüz ki, Rusiya-Ukrayna müharibəsi uzandıqca, nə qədər böyük coğrafiyalar bu savaşa çəkilmiş oldu. Nə xalqların silahları və yaxud iqtisadiyyatı, gəliri o savaşa qatılır. Yəni, biz müharibəni zamanında başlayıb, zamanında başa vurduq. Heç şübhəsiz, müharibə milyardlarla vəsait deməkdir. Bir gün müharibədə 100 milyonlarla dollara başa gəlir. Bizim iqtisadiyyatımız Ermənistanın iqtisadiyyatını udmasaydı, qət şəkildə bu savaşı qazana bilməzdik".

https://www.youtube.com/watch?v=Mt6nD83Sh64