Sosial şəbəkədə biz:

ABŞ Koçaryan ailəsini ölkəyə buraxmadı

08 May 2015, 11:46
Gündəm

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levon və onun həyat yoldaşı, müğənni Siruşo bu dəfə ABŞ-a səfər edə bilməyəcək.

AzVision.az bu barədə Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, ABŞ səfirliyi Koçaryan cütlüyünə viza verməkdən imtina edib.

“Məsələ bundadır ki, onlar ABŞ-da övladları dünyaya gəldiyi zaman vizalarında bu ölkədə qaılmaq üçün göstərilən vaxtı keçiblər”, - deyə qəzet yazır. Nəşr vurğulayır ki, onlar məlumatı müğənni vasitəsilə dəqiqləşdirməyə çalışıblar. Lakin müğənni bu xəbəri nə təsdiq, nə də təkzib edib.