Sosial şəbəkədə biz:

Şəhriyar Karlsenə uduzdu

17 November 2022, 11:22
Gündəm

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində 3-cü tur oyununa çıxıb.

Qrossmeyster  norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Matçın ilk üç partiyasında millimizin üzvü uduzduğu üçün  4-cü partiyaya ehtiyac olmatıb.

Ş.Məmmədyarov 3 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.