DTX Fərhad Əhmədovun evində və obyektlərində axtarış aparır
Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədovun evində və obyektlərində axtarışlar aparılır.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib. Lakin onun saxlanılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. APA