Sosial şəbəkədə biz:

İranın Qərbi Azərbaycan vilayətində kütləvi aksiya keçirilib, otel binası yandırılıb

İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində minlərlə sakin etiraz aksiyası keçirib. APA-nın verdiyi məlumata görə, oteldə işləyən xadimə qızın ona təcavüz etmək istəyən şəxsdən qorumaq üçün binanın 4-cü mərtəbəsindən atmasına etiraz edən sakinlər binanı yandırıblar. Kürddilli mətbuatın yazdığına görə, hadisə həftənin birinci günü baş verib. Oteldə qalan məmur 25 yaşlı xadimə qıza qarşı seksual hərəkətlər edib. Məmur otel rəhbərliyinə mehmanxananın 5 ulduz almasını təmin edəcəyinə söz verib. Məmurun təklifi ilə razılaşmayan qadın 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atıb və aldığı xəsarətdən ölüb. Şəhər meri Cəfər Kətani təcavüzə cəhd faktını təsdiqləyib. Şübhəli şəxs həbs olunsa da, ötən gün binanın qarşısında minlərlə etirazçı toplaşıb. Aksiya iştirakçıları otel binasını yandırıblar və yanğın bütün mərtəbələrini əhatə edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Təhlükəsizlik xidməti əməkdaşları aksiyanı gözyaşardıcı qazın köməyi ilə dağıtmağa çalışıb. Bir neçə nəfər xəsarət alıb. Xatırladaq ki, Mahabad Qərbi Azərbaycan vilayətinin əhalisinin əksəriyyəti etnik kürdlərdən ibarət olan şəhəridir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol