Sosial şəbəkədə biz:

Messi Pelenin rekordunu yenilədi

10 December 2022, 11:12
Gündəm

Argentina millisinin kapitanı Lionel Messi əfsanəvi futbolçu Pelenin dünya çempionatlarının pley-off mərhələlərində ən çox assist etmə rekordunu yeniləyib. 

O, DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandla oyunda bu göstəriciyə çatıb.

35-ci dəqiqədə Nahuel Molinaya qol ötürməsi verən Messi pley-offlarda 5-ci assist müəllifi olub. Buna qədər isə Pele 4 qol ötürməsi ilə rekordçu idi.

35 yaşlı hücumçu hazırda dünya çempionatlarında ən çox məhsuldar ötürmə sahibi olan həmyerlisi Dieqo Maradonadan 1 assist geri qalır. Maradona mundiallarda 8 qol ötürməsi edib.