Sosial şəbəkədə biz:

Leyla Abdullayeva Fransanın “Le Monde” qəzetini tənqid edib

18 December 2022, 11:58
Gündəm

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edən Fransanın "Le Monde" qəzetini tənqid edib.

Bu barədə diplomat tviterdə yazıb.

"Le Monde" gözünü aç!

- Şuşa-Xankəndi yolu dinc etirazçılar tərəfindən bağlanmayıb, bütün mülki nəqliyyat azad şəkildə hərəkət edir;

- Halbuki Naxçıvan Ermənistana görə Azərbaycandan 30 ildir ki ayrı düşüb (yol bağlanıb)", - o, qeyd edib.