Sosial şəbəkədə biz:

Aralıq dənizində 400-dən çox miqrant batıb

18 April 2016, 08:34
Gündəm
Qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən irimiqyaslı gəmi qəzası baş verib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Aralıq dənizində göyərtəsində miqrantlar olan gəmi batıb.
Hadisə nəticəsində 400 nəfərin öldüyü bildirilir.
Məlumata əsasən, ölənlərin əksəriyyəti Somali vətəndaşlarıdır. Hadisənin təfərrüatları müəyyənləşdirilir.