Sosial şəbəkədə biz:

Bakıda Uşaq Reabilitasiya Mərkəzində körpə ana südündən boğularaq ölüb

14 January 2023, 12:14
Gündəm

Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 13-də paytaxt ərazisində yerləşən 1 saylı Uşaq Reabilitasiya Mərkəzində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini, 2022-ci il təvəllüdlü M.Leylimov ana südü qəbul edərkən asfiksiyadan (boğulma) keçinib.

Faktla bağlı araşdırma aparılır.