Sosial şəbəkədə biz:

Rusiya Azərbaycanın sərhəddində qorxulu silahını sınaqdan çıxardı – “İsgəndər M” (VİDEO)

18 April 2016, 15:39
Gündəm
Rusiya Həştərxan vilayətində keçirdiyi "İsgəndər M” raketlərinin sınağının videosunu yayıb. Video Rusiya Müdafiə Nazirliyi tərəfindən təqdim olunub. Görüntülər aprelin 15-də qeydə alınıb. Raketin buraxılışı Kapustin Yar poliqonunda keçirilib. "İsgəndər M” 200 kilometr məsafədəki hədəfi məhv edib. Qeyd edək ki, Kapustin Yar poliqonu Həştərxan vilayətinin şimalında, Qazaxıstan sərhədinə yaxın ərazidə yerləşir(Axar.az).