Gömrük Komitəsi “Avrora” şirkətini yenidən cərimələdi
“Avrora” MMC-yə daha bir cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Fərid Əmirəliyevin icraatına verilib.
Məhkəmə ilkin hazırlıq iclası fevralın 3-nə təyin edilib.
Qeyd: Daha əvvəl şirkət barəsində eyni xətai ilə bağlı bir neçə dəfə cərimə protokolu yazılmışdı.