Sosial şəbəkədə biz:

“Çayxanalarda Xoşqədəmin verilişinə baxırlar” - Əməkdar artist

21 January 2023, 13:31
Gündəm

Əməkdar artist Cabir Abdullayev aparıcı Xoşqədəm Hidayətqızının tərifləyib.

 ARB-də efirə gedən "Günaydın Azərbaycan" verilişində qonaq olan xanəndə Xoşqədəm Hidayətqızının bütün telelayihələrinin uğur qazandığını bildirib.

Cabir Abdullayev dəvət üçün aparıcıya təşəkkür edərək, onun verilişinə qatılmaqdan məmnunluq duyduğunu dilə gətirib: 

"Xoşqədəm xanımın verilişləri baxılır, sevilir. Bu yaxınlarda Ucara toya getmişdik. Qayıdanda dincəlmək məqsədilə bir çayxanada oturduq. Hamı Xoşqədəmin verilişinə baxırdı. Belə hadisələrin tez-tez şahidi oluram".

Xoşqədəm Hidayətqızı xoş sözlərə görə əməkdar artistə təşəkkür edib. O, Cabir Abdullayevin xətrini doğma qardaşı qədər istədiyini deyib.