Sosial şəbəkədə biz:

Polkovnik Kamal Vəlişovun yerinə təyinat oldu

18 April 2016, 17:43
Gündəm
Daxili işlər orqanlarında yeni təyinat olub. "Report" bildirir ki, polis polkovniki Sadiq Mədətov Səbail Rayon Polis İdarəsinin (RPİ) rəis müavini vəzifəsinə təyin edilib. Bu təyinata qədər S.Mədətov Nizami Rayon Polis İdarəsi rəisinin köməkçisi vəzifəsində işləyib. Qeyd edək ki, Səbail RPİ-nin bundan əvvəlki rəis müavini polis polkovniki Kamal Vəlişov olub. O, təxminən 20 gün əvvəl təqaüdə göndərilib.