Sosial şəbəkədə biz:

“Danışıqların uzanması növbəti müharibəyə səbəb ola bilər” - Beynəlxalq Böhran Qrupu

30 January 2023, 17:26
Gündəm

Sülh sazişinin imzalanmaması, danışıqları uzanması Ermənistanla Azərbaycan arasında böyük insan itkisiylə sonuclana biləcək yeni müharibəyə səbəb ola bilər.

Beynəlxalq Böhran Qrupu yanvarın 30-da açıqladığı hesabatda belə deyilir.

Hesabatda bildirilir ki, daha bir müharibə nəhəng insan itkiləri ilə sonuclanar, Avropa İttifaqı (Aİ), Rusiya və ABŞ-ın regionda gərginliyi azaltmaq niyyətinə zərbə vurar, onsuz da təlatümlü Avrasiyada sabitsizliyi gücləndirər.

Hesabatda deyilir ki, Ermənistan 2020-ci il münaqişəsindən sonra silah ehtiyatlarını yenidən doldurmağa çalışır.

“Bakının isə hərbi gücü və özünə inam var” - deyə, hesabatda vurğulanır.