Sosial şəbəkədə biz:

Şəhid pilotumuzun qızına ödənişsiz təhsil imkanı

26 May 2016, 14:26
Gündəm
Şəhid pilot, mayor Urfan Vəlizadənin qızı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə (MTK) qəbul olunub.Qafqazinfo”nun məlumatına görə, şəhidin 8 yaşlı qızı Zəhra Urfan qızı Vəlizadə təhsilini MTK-nın 3-cü sinfində davam etdirəcək. O, ödənişsiz təhsil alacaq. Qeyd edək ki, U. Vəlizadə aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Şəhidin 2 qız övladı var.