Sosial şəbəkədə biz:

Prezident İlham Əliyev və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Ziyarətdə mərhum prezidentindoğmaları, yaxınları da iştirak ediblər. Prezident İlham Əliyev görkəmli siyasi xadim Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb. Azərbaycan Respublikasının dövlət himni səslənib. Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol