| N | Materialın adı | Miqdarı | Faktiki qiymət | Şişirdilmiş qiymət |
| 1 | 1672710002 Xətti modul A-UNİT 3/3 | 167 | 750.000 | 2.600.000 |
| 2 | 09-01-1563540 Kabel A/DUNİT Q.C.MP 55 mm | 667 | ||
| 3 | Checkmate Geofon Testeri | 4 | ||
| 4 | DT-HP Geofonstrinqi | 500 | ||
| 5 | Aries 8×55 MTZ dəniz dibi telemetrik kabel | 60 | 1500 | 7480 |
| 6 | Ariya Geofiziki qayıq | 3 | 195000 | 580000 |
| 7 | 12 kanallı telemetrik modol | 15 | 2600 | 15425 |
| 8 | Aries Marine cas (üz qapağı) | 10 | 1000 | 4700 |
| 9 | Aram Aries LTU xətt birləşdirici qurğu | 6 | 7500 | 31357 |
| 10 | P/N 060000-04 səyyari qazma qurğusu | 4 | 9500 | 38700 |
“Azərsu” sədrinin qardaşı məni ölümlə təhdid edir” – Prezidentdən kömək istədilər
“Azərsu” sədrinin qardaşı məni ölümlə təhdid edir” – Prezidentdən kömək istədilər
AzToday.az-a daxil olan müraciətdə Elnur İsmayılov “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun qanunsuz əməllərini açıqlayıb:
Prezidentə ünvanlanan müraciəti olduğu kimi təqdim edirik:
Möhtərəm Cənab Prezident!
27.08.2015-ci il tarixdə Zati-Aliləriniz başda olmaqla müvafiq dövlət strukturlarına respublikamızın ən böyük vergi ödəyəcilərindən olan, iqtisadiyyatımızın onurğa sütununu təşkil edən ARDNŞ-nin Geofizika və Geologiya İdarəsində rəis müavini vəzifəsində işləsədə əslində de fakto bu idarəyə rəhbərliyi həyata keçirən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun qəzəbinə tuş gələrək “ştat” ixtisarı adı altında qanunsuz olaraq işdən azad edilməyim, eyni zamanda Faiq Hüseynov tərəfindən dövlət əmlakının talanması barədə məlumat verib, faktları təqdim edərək köməklik göstərilməsini xahiş etmişdim. Müraciətimdə onu da qeyd etmişdim ki, Faiq Hüseynov məni ölümlə təhdid dir. Mən ümid edirəm ki, bu məlumatın müvafiq orqanlarda maraq doğuracaq və bu məlumatlar iştirakımla araşdırılacaq. Lakin görünən odur ki, mənim həyatım və problemlərim bir yana, dövlətin mənafeyi, büdcədən oğurlanan milyon manatlarla vəsaitdə heç kimi maraqlandırmır. Çünki müraciətimdən sonra yeganə aldığım cavab ARDNŞ-nin vitse-prezidentlərinin imzası ilə ünvanıma daxil olmuş cavab məktubları olmuşdur ki, burada da məni təqsirkar bilib guya məni xabərdarlıq məktubunun alınması üçün idarəyə dəvət etdiklərini, lakin bu xəbərdarlıq məktubunu almadığımı, mənə vəzifə təklif edildiyini, bunada etiraz etdiyimi və bunlar haqda aktlar tərtib edildiyi kimi heç bir əsası olmayan yalan sözlərdən başqa heçnə yazılmamışdır. Məktubun sonunda isə cənab Vitse prezidentlər göstərir ki, guya ərizəmdə göstərdiyim digər məsələrlə bağlı göstərdiklərim öz təsdiqini tapmayıb?!
Əvvəla necə olur ki, xəbərdarlıq məktubunu almaq üçün mən idarəyə dəvət edilirəm?! Qəbul etsək ki, əgər mən xəbərdarlıq məktubunu almaqdan imtina etmişdimsə, onda niyə bu məktub mənim ünvanıma göndərilməmişdir?! İkincisi niyə mənə təklif edildiyi deyilən vəzifələrə mən işdən çıxarılmamışdan keçirilməmişdir?! Bütün bunlr sübut edir ki, Vitse prezidentlərin cavab məktublarında göstərilənlər ağ yalandır ?!Bu yalanların ən böyüyü isə guya ərizəmdə göstərdiklərimin öz təsdiqini tapmaması barədə yazılanlardır! Belə əminliklə ona görə deyirəm ki, bu faktların iştirakım olmadan yoxlanılmasına inanmıram! Digər tərəfdən ərizəmdə göstərdiklərimin araşdırılması üçün ən azı 2-3 ay müddət lazım olduğu halda 10-15 gün içərisində bir bu qədər fakt necə və kim tərəfindən yoxlanılmışdır?!
Bütün bu sualların bir cavabı var : heç bir araşdırma aparılmamışdır!
Odur ki, bir daha Zati-Aliləriniz başda olmaqla əvvəl müraciət etdiyim orqanlara müraciət edərək həqiqətin araşdırılmasında mənə yardımçı olmalarını xahiş edirəm ! Məni ölümlə hədələməklərinə gəlincə isə tam əminliklə bildirirəm ki, ölüm mənim üçün artıq qorxulu bir yuxu olmaqdan çıxıb, gündəlik yaşayışımın bir hissəsinə çevrilmişdir!
Möhtərəm Cənab Prezident! Zati-Aliləri!
Müraciətimin sonunda bir daha Sizə əmin etmək istəyirəm ilk müraciətimdə göstərdiklərim tamamilə həqiqətdir və əgər ömür vəfa edərsə, göstərdiklərimi yerinəd sübut etməyə hazıram!